...

Sahibkarlar üçün növbəti onlayn təlim keçiriləcək

İqtisadiyyat Materials 26 Fevral 2019 13:11 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 28-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə idxal və ixracla məşğul olan sahibkarlar üçün “Gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən güzəştlər və sadələşdirmələr” mövzusunda onlayn təlim keçiriləcək.

Agentlikdən Trend-ə verilən məlumata görə, təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (komyuter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür.

Dövlət Gömrük Komitəsinin və Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn təlimdə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən idxal-ixrac əməliyyatları, gömrük prosedurları və bu sahədə yeniliklər barədə təqdimatlar keçiriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaqdır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Yevlax, Gəncə, Qəbələ və Abşeron rayonları üzrə KOB dostları regionlarda onlayn təlimə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcəkdir.

Onlayn təlimlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://smb.gov.az/news/sahibkarlarin-nzrin-3

Məqalədə:
Xəbər lenti

Xəbər lenti