Bakı. Hüseyn Vəliyev - Trend:
2018-ci ilin yekunlarına əsasən Azərbaycanda təxminən 1000 sahibkarlıq subyektinə 160,2 milyon manat həcmində güzəştli kredit verilib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O bildirib ki, bu ilin əvvəlindən isə 80-dən çox sahibkar 8 milyon manat həcmində güzəştli kredit alıb:
“Verilən kreditlər əsasən kənd təsərrüfatı və emal sahəsinin inkişafına yönəldiləcək. Nəticədə yeni iş yerləri yaradılacaq”.