UNEC-in rektoru: Hədəf tədqiqat universitetidir

UNEC-in rektoru: Hədəf tədqiqat universitetidir

Bakı. Trend:

Trend UNEC-in rektoru, professor Ədalət Muradovun "Hədəf -tədqiqat universitetidir" başlıqlı məqaləsini təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, həmin strategiyanın həyata keçirilməsi ilə bağlı "Fəaliyyət Planı”, eləcə də "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” universitetlərin inkişaf istiqamətlərini müəyyən etmişdir.

Bu istiqamətlərdən biri universitetlərin elm, tədqiqat mərkəzinə çevrilməsidir. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də tədqiqat universitetinə transformasiya edilməyi hədəfləyir.

Bu məqsədə nail olmaq üçün hansı işlər görülmüşdür? İlk olaraq universitetlərdə səmərəli elmi tədqiqatların təşkili məsələsini müzakirə etmək məqsədilə Nobel mükafatı laureatı Əziz Sancarın iştirakı ilə beynəlxalq konfrans düzənləndi. Konfransda başda Azərbaycan Respublikasının təhsil naziri olmaqla "Clarivate Analytics” nümayəndələri çoxlu xarici mütəxəssislərlə birlikdə bu istiqamətdə ən aktual məsələlərə aydınlıq gətirildi.

Regionda ilk dəfə müəllimlərin reytinq sistemi tətbiq edildi və həmin reytinqdə elmi tədqiqatların payı əvvəlki 40 faizdən hazırda 70 faizə qədər yüksəldildi.

Nüfuzlu, impaktı yüksək olan jurnallarda çap edilmiş məqalələrə görə 4000 manata qədər qonorar vermək haqqında qərar verildi. Məlumat üçün bildirək ki, yalnız 2018-ci ildə 2017-ci illə müqayisədə belə qonorarın həcmi 34 dəfə artmışdır.

"Clarivate Analytics” ekspertləri tərəfindən UNEC müəllimlərinə nüfuzlu jurnallarda məqalə çap etdirilməsi yollarına dair iki təlim təşkil edildi. Ölkədə ilk dəfə TEDx və tələbələr arasında elmin cəlbediciliyini artırmaq üçün Science Slam konfransı keçirildi. Gənc alimlər şurası yaradıldı, UNEC Ekspert jurnalı təsis edildi, Diskurs.az virtual iqtisadi forumu təşkil edildi.

UNEC-də 22 tədqiqat mərkəzi yaradıldı və həmin mərkəzlər UNEC-də tədqiqat fəaliyyətinin əsası kimi görünür. Həmin tədqiqat mərkəzlərinin bəzi nailiyyətlərini də qeyd etmək yerinə düşərdi. "UNEC İnkişaf iqtisadiyyatı” Tədqiqat Mərkəzi dünya iqtisad elmi tarixində ilk dəfə Azərilight neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması modelini qurmuşdur. Bu layihə SOCAR-ın sifarişi əsasında yerinə yetirilmişdir. Qürurla demək istəyirəm ki, bu layihənin nəticəsi kimi hazırlanmış monoqrafiya "Springer” nəşriyyatı tərəfindən çapa qəbul edilmiş və martın 29-da işıq üzü görəcək. Həmin kitab artıq Springer və Amazonda sifarişlər üçün yerləşdirilmişdir.

Başqa bir tədqiqat mərkəzi "UNEC Empirik tədqiqatlar mərkəzi”nin tələbələrlə birlikdə apardığı tədqiqatın nəticələri Scopus indeksli jurnalda nəşr edilmişdir. Bu, UNEC tələbələrinin nüfuzlu və indeksli jurnalda məqaləsinin nəşri baxımından UNEC üçün bir yenilik və ciddi uğurdur.

2017-ci ildə UNEC Tədqiqat Fondu təsis edildi və bu fond tərəfindən bir sıra ciddi tədqiqat layihəsi həyata keçirilmişdir.

Bir necə gün əvvəl Web of Science və Scopus indeksi olan beynəlxalq "ESD” konfransa UNEC evsahibliyi etmiş və həmin konfransa UNEC əməkdaşlarının 147 məqaləsi qəbul edildi ki, bu da böyük uğur kimi qəbul edilə bilər.

Tərkibində dörd şöbə olan UNEC elmi fəaliyyətin təşkili və idarəedilməsi departamenti və ilk dəfə olaraq Elmmetriya şöbəsi yaradılmışdır.

2030-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 100 yaşı tamam olacaq və bu tarixlə bağlı əsas hədəfləri özündə ehtiva edən UNEC-100 strategiyası qəbul edilmişdir. Həmin strategiyaya uyğun olaraq UNEC Beynəlxalq Beyin Mərkəzinin yaradılmasını Scopus indeksli UNEC beynəlxalq konfransın təşkil edilməsini ortamüddətli dövrdə qarşıda duran əsas vəzifə kimi müəyyən edilmişdir.

UNEC müəllimlərinin ingilis dilində elmi məqalələr yazmaq bacarığını formalaşdırmaq məqsədilə British Counsil ilə bağlanmış müqaviləyə əsasən 25 müəllim üçün "Akademik ingilis dili” kursuna 10 gün əvvəl start verilmişdir.

Keçən dövr ərzində görülmüş işlərin nəticəsi nə oldu?

- 2019-cu ilin yanvarında açıqlanan "Google Akademik” istinadlara görə UNEC ardıcıl olaraq ikinci dəfə Azərbaycanda universitetlər arasında sitatların sayına görə birinci yerə yüksəldi.

Sonuncu QS inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya reytinginə əsasən UNEC Akademik reputasiya göstəricisinə əsasən regionun 101-ci ən yaxşı universiteti seçildi.

Web of Science-də çap olunmuş məqalələrin sayı 2014-cü illə müqayisədə 2018-ci ildə 9 dəfə artmışdır.

Sevindiricidir ki, təkcə 2018-ci ildə Web of Science-ə daxil olan mənbələrdə UNEC müəllimlərinin çap olunmuş məqalələrinin sayı 1992-2014-cü illəri əhatə edən 22 ildə çap olunmuş məqalələrin sayından çoxdur.

Nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiya etdiyinə görə "Clarivate Analytics” UNEC-i "Web of Science Awards - 2018” və "Most progressive universities in Web of Science for the last 3 years” mükafatları ilə təltif edilmişdir. Belə ki, "Clarivate Analytics”-in məlumatına əsasən UNEC-in 1991-2018-ci illərdə "Web of Science”-ə daxil edilən elmi əsərlərinin 56 faizi məhz son 3 ilin payına düşür.

Bütün bu uğurlara baxmayaraq elmi fəaliyyət sahəsində vəziyyət universitetimizin hədəflərindən uzaqdır və UNEC-in mövcud potensialına cavab vermir.

UNEC-in zəif yerlərini aşkar etməyi öyrənməli, etiraf edəcək qədər güclü olmalı və zəif yerlərinin gələcəkdə güclü tərəfinə çevirməyi bacarmaq üçün ciddi işlər davam etdirilməlidir. Bu gün UNEC-də hələ də aradan qaldırıla bilməyən zəif yerlər nədir?

QS beynəlxalq reytinq agentliyinin hesabatına görə UNEC-in ən zəif yerlərindən biri elmi tədqiqat və araşdırmalar olduğu qeyd edilir. QS dünya universitetlərinin reytingində 20 faiz və regional reytinqdə 5 faiz çəkisi olan "məqalələrə görə sitat sayı” göstəricisi üzrə UNEC hələ də belə bal əldə edə bilmir. Bunun əsas səbəbi SCOPUS-da bu göstərici üzrə son 5 ildə UNEC-in ən azı 150 məqaləsinin olmamasıdır. Bununla bağlı maraqlı fakt: 2014-2018-ci illəri əhatə edən son 5 ildə Web of Sciencedə universitetimizin əməkdaşlarının məqalələrinin sayı 55 olmuşdur. Bu göstərici 2009-2013-cü illəri əhatə edən 5 ildə çap olunan məqalələrin sayından 5 dəfə, 2004-2008-ci illəri əhatə edən daha əvvəlki dövrdə çap olunan məqalələrin sayından 7 dəfə çox olmuşdur. Hesab edirəm ki, 82-si elmlər doktoru, 441-i fəlsəfə doktoru olmaqla 818 müəllimin çalışdığı UNEC-də 5 il ərzində 150 məqalənin Scopus-da çap edilə bilməməsi ciddi siqnaldır və bu, görülmüş işlərin hələ də yetərli olmadığını göstərir. Əminəm ki, universitetimizdə bu vəzifənin öhdəsindən gəlmək üçün yetərli potensial mövcuddur.

Bəllidir ki, tədqiqatçılar öz elm sahələri çərçivəsində çalışırlar. Onların işi ondan ibarətdir ki, məlum olmayanı məlum etsinlər. Tədqiqatçı kimi fəaliyyət göstərmək o deməkdir ki, elmə hələ də bəlli olmayanı aydınlaşdırmağı bacarsın. Etiraf edək ki, bir sıra "tədqiqatlar” hələ də formal xarakter daşıyır. Tanınmış Stiven Xoking deyirdi ki, "Biliyin əsas düşməni məhz bilik illüziyasıdır” və UNEC hələ də bu düşmənə qalib gələ bilməmişdir.

Bildiyimiz kimi, tədqiqatçılar təkcə öz laboratoriyalarında, tədqiqat məkanlarında dəyərli vaxtlarını yalqızlıqda, tənhalıqda keçirmirlər. Tədqiqat toplum tərəfindən aparılır və bu toplumda əqli əmək bölgüsü mövcuddur. Hər bir tədqiqatçı öz sahəsində mütəxəssisdir və elmi bilik bütövlükdə toplum çərçivəsində formalaşır və paylanır. Belə bölgü o demək deyil ki, hər bir tədqiqatçı ancaq ona aid olan kiçik məlumat daşıyıcısıdır və toplumun biliyi və yaxud tədqiqatının nəticəsi hər bir tədqiqatçının nəticələrinin sadə cəmidir. Əqli əmək bölgüsü o deməkdir ki, toplum ona daxil olan bütün tədqiqatçıların toplam nailiyyətlərini özündə ehtiva edir. Həqiqətdir ki, UNEC-də hələ də elm toplumunun formalaşdırılması istiqamətində görülmüş işlər gözlənilən nəticəni verməmişdir.

Bəllidir ki, tədqiqatlar sübuta əsaslanır. Sübut isə müxtəlif formada birbaşa müşahidə və yaxud məntiqi nəticə ola bilir. Ancaq təcrübə göstərir ki, tədqiqatçıların nəticələrinin böyük əksəriyyəti nə müşahidələrə, nə də ki, məntiqi nəticələrə əsaslanır. Daha çox nəticələr elm sahəsində tanınmışların elmi nüfuzuna əsaslanır. Təəssüflər ki, UNEC hələ də belələrinin nüfuzundan faydalanmağı oyrənə bilməmişdir.

Diqqəti cəlb edən digər məsələ tədqiqatlara görə konfranslar, seminar, simpoziumlarda iştirak xərclərinin ödənilməsi məsələsidir. Sirr deyil ki, bu məqsədlər üçün maliyyə vəsaitləri əsasən tədqiqatçı olmayan digər şəxslər, təşkilatlar tərəfindən ödənilə bilir. Bu və digər tədqiqatı, elmi tədbirdə iştirakı maliyyələşdirən şəxs və təşkilat əmin olmalıdırlar ki, həmin tədqiqatçının maliyyələşdirilməsi fərdi investora və yaxud daha böyük topluma fayda verə bilər. Etiraf edək ki, UNEC hələ də tədqiqatları maliyyələşdirə biləcək investorların və ya təşkilatların maraq dairəsinə düşə bilməmişdir.

Biliklərin qarşılıqlı asılılığı bu gün daha aydın görünür. Bir sıra elm sahələri o qədər sayda istiqamətləri və bilik həcmini özündə ehtiva edir ki, elmi tədqiqat aparmaq üçün zəruri olan bütün bilikləri bir alimin mənimsəməsi mümkün deyil. Bu gün tədqiqatçılar öz tədqiqatlarında digərlərindən daha çox asılıdırlar və bu müxtəlif elm sahələrini təmsil edən tədqiqatçıların əməkdaşlığını qaçılmaz edir. Bir elmi məqalənin müəlliflərinin sayı 1950-ci ildən 2014-cü ilə qədər demək olar ki, 4 dəfə artaraq 1950-ci ildəki 1,5 müəllifdən 2014-cü ildə 5,5 müəllifə qədər artmışdır. Təəssüf ki, bu gün müxtəlif elm sahələrini təmsil edən müəllim və əməkdaşların birgə tədqiqat nümunələrini UNEC-də tapmaq çətindir.

Universiteti ali təhsil müəssisəsi kimi digər təhsil müəssisələrindən fərqləndirən əsas cəhət tədrislə yanaşı, universitetlərdə tədqiqatların aparılmasıdır. Tədqiqat prosesinə təhsilalanlar (bakalavr və magistrlər) cəlb edilməyənə qədər ciddi nailiyyət mümkünsüz görünür. UNEC-də təhsilalanların birgə elmi tədqiqatlara cəlb edilməsi və təqribən 20 min tələbənin, gənc beyinin potensialının reallaşdırılması üçün görülmüş işlər hələ də öz nəticəsini verməmişdir.

Yuxarıda qeyd edilənləri əsas tutaraq UNEC-də ciddi elmi tədqiqatlar üçün əlavə stimullar yaratmaq üçün ən qısa vaxtda aşağıdakı tədbirlərin görülməsi məqsədəuyğundur:

1. UNEC-də ancaq pedaqoji fəaliyyətlə məşğul olan müəllimləri və pedaqoji fəaliyyətlə yanaşı həm də ciddi tədqiqat aparan müəllimləri fərqləndirmək və bunun üçün obyektiv və şəffaf meyarları özündə ehtiva edən qaydaların hazırlanması vaxtı çatmışdır.

2. Nüfuzlu xarici universitetdə bir il müddətinə qədər tədqiqat aparmaq üçün dəvət almış UNEC müəllimlərinin UNEC-dəki əməkhaqqının xaricdə tədqiqat apardığı müddətdə saxlanılması məsələsi müsbət həll oluna bilər.

3. Yuxarıda qeyd edildiyi kimi, impaktı yüksək olan jurnallarda çap olunmuş məqaləyə görə UNEC-də 4000 manata qədər qonorar verilir. Bu qaydanın həm də UNEC-də təhsil alanlara - bakalavrlara, magistrlərə və doktorantlara şamil edilməsi faydalı olar.

Yekunda məlumat üçün qeyd edim ki, Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq 2018-ci il 9 apreldə imzaladığı sərəncamla mart ayının 27-si Azərbaycan Respublikasında Elm Günü elan edilmişdir. Bu sərəncamı və sərəncamdan irəli gələn vəzifələri əsas tutaraq 27 fevral-27 mart tarixində UNEC-də elm aylığı keçirilir. Bununla bağlı 27 fevralda elm aylığının açılışına həsr edilmiş konfrans keçirilmişdir. Bütövlükdə elm aylığı çərçivəsində UNEC-də 22 tədbir, o cümlədən "Yeni elm sahələri-ekonofizika”, "Elm haqqında Elm”, "İqtisadiyyat üzrə Nobel laureatları”, "Elmi fəaliyyətin institusional sistemi”, "Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi”, "Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri”, "İslam maliyyəsi”, "Tələbələrin elmi fəaliyyətə cəlb edilməsi” və digər maraqlı mövzulara həsr edilmiş müzakirələr keçirilir. Qeyd etmək lazımdır ki, bu konfrans Azərbaycanda ilk dəfə "Nəyi bilmirik” formatında keçirilmiş və elmi tədqiqatların təşkili, aparılması, nəticələrinin saxlanması və ötürülməsi ilə bağlı suallara aydınlıq gətirmişdir.

Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
Qarabağda lüks hotellərin tikintisi gündəmdədir - Assosiasiya
Qarabağda lüks hotellərin tikintisi gündəmdədir - Assosiasiya
Monteneqro sərhədlərini bağlamağı planlaşdırmır
Monteneqro sərhədlərini bağlamağı planlaşdırmır
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir - Deputat
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Azərbaycan "Şərq tərəfdaşlığı" ölkələri arasında vahid rouminq məkanının yaradılması təşəbbüsünə qoşulub
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir
Prezident İlham Əliyev: Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcək
SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin satışlarının artımı proqnozlaşdırılır
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq
Prezident İlham Əliyev: Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir
Prezident İlham Əliyev: Tövsiyə etmişəm ki, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın
Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
Prezident İlham Əliyev: Əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur
Azərbaycan Prezidenti: Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir
Prezident İlham Əliyev: Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük
Azərbaycan Türkiyədən təxminən 20 milyon dollarlıq avtomobil idxal edib
Bakıda torpaq qiymətləri bahalaşıb
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımaların həcmi açıqlanıb
Azərbaycanda ani buraxılış imkanı ilə rəqəmsal kartlar təqdim olunacaq
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi
Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyevin Hacıqabula səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür
Havada toz dumanı müşahidə olunur
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər
Maliyyə Nazirliyi “Sovetski” adlanan ərazidə yaşamış bir qrup sakinin iddialarına münasibət bildirib
İtkin düşən daha 2 hərbi qulluqçumuzun nəşi tapılaraq ailəsinə təhvil verilib
Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib (FOTO/VİDEO)
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq
Aprelin 21-nə USD/AZN rəsmi məzənnəsi
Bir sıra ölkələrdən Azərbaycana quş və quş ətinin gətirilməsi qadağan edildi
Ermənistan 10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin canlandırılması ilə bağlı bəndinə əməl etmir - "Azernews"
Kunio Mikuriya: Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində atdığı addımları alqışlayırıq (FOTO)
Məhkəmə həbsdə olan generalın vəsatətini rədd etdi
Bu ilin ilk rübündə ƏƏSMN-in e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb
Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq
Xalq Bank ilin ilk rübünün yekunlarını açıqladı
“Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutub (FOTO)
Abşeron yarımadasındakı göllərin abadlaşdırılmasına iş adamları cəlb ediləcək
Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum oldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 197 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
Bu il çaylara 6,3 milyon balıq buraxılacaq - Nazirlik
Bakıdakı kanalizasiya şəbəkələrinin təxminən 50-55 faizi mərkəzləşdirilməyib - Agentlik sədri
Bakı Avro-2020-nin daha çox matçını qəbul edə bilər
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək
Clarivate Analytics şirkəti müəllimlərimiz üçün növbəti vebinar keçirib
Özünüməşğulluq proqramına cəlb olunanların sayı bu il 2017-ci ilə nisbətən 13,6 dəfə artacaq
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb
Maştağada 9 obyektin su təchizatı şəbəkəsinə qanunsuz qoşulması aşkarlanıb
Angela Merkel Qarabağdan danışdı
Çad prezidenti qiyamçılarla qarşıdurmada öldü
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (FOTO) (YENİLƏNİB)
Hər zaman partlamağa hazır bomba: Ermənistanın “Metsamor” təhdidi
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib (FOTO)
Zəngilanda Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Pakistan Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir - HDQ komandanı
Prezident İlham Əliyev Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib (FOTO)(YENİLƏNİB)
Güclü külək əsəcək - Xəbərdarlıq
İsrailli jurnalistlər Füzulidə ermənilərin tövləyə çevirdiyi Karvansarayda olublar (FOTO)
Prezident İlham Əliyev Hacıqabulda "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib (FOTO)(YENİLƏNİB)
UNEC ingilis dili müəllimləri üçün vakansiya elan edir
İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb
Könül Nurullayeva Pakistanın nüfuzlu mətbu orqanında post-münaqişə dövrünün reallıqlarını əks etdirən məqalə ilə çıxış edib
Azərbaycanda qızıl ucuzlaşıb
Sabah 30 dərəcəyədək isti olacaq, külək əsəcək
Minaya düşüb gözlərini və ayağını itirən agentlik əməkdaşı: O ərazilərə icazəsiz getməyin - Trend TV-nin REPORTAJI
Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib
Azərbaycan vətəndaşlarının əsasən hansı ölkələrə səfər etdiyi açıqlanıb
“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib
İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın NEXI şirkəti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
9 minə yaxın şəxs poliklinikada, 4 əlil isə evində peyvənd olunub - Şöbə müdiri
Əfqanıstanda qubernatorun iqamətgahında partlayış törədilib
C.Naxçıvanski adına hərbi liseydə ilk möhtəşəm yubiley tədbiri keçirilib (FOTO/VİDEO)
Bakı Ali Neft Məktəbində “Post-COVID dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar (FOTO)
BNA tanınmış reperə vəzifə verilməsi məsələsinə aydınlıq gətirdi
Bu il Azərbaycana gələnlərin sayı açıqlanıb
Paşinyan iki nazir müavinini vəzifədən azad edib
Bir sıra tibb müəssisələrində yoxlamalar başlanıldı (FOTO/VİDEO)
Məcburi köçkün məktəblərinin dislokasiyası tez-tez dəyişir - Təhsil Nazirliyi
Prezident İlham Əliyev Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında iştirak edib (FOTO)(YENİLƏNİB)
Həftədə 500 qaziyə psixoloji yardım göstərilir - Səhiyyə Nazirliyi
Rumıniya və Azərbaycan ticarət münasibətlərinin inkişafı üçün böyük potensiala malikdir – XİN
Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib (YENİLƏNİB) (FOTO)
Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak edib (FOTO) (YENİLƏNİB)
AFFA Super Liqanın yaradılmasına münasibət bildirdi
“Rabitəbank” ilin birinci rübünü 3,5 mln mənfəətlə tamamladı (FOTO)
Balaxanı Sənaye Parkının rezidenti beynəlxalq mükafata layiq görülüb (FOTO)
Aptekonline.az-da "Biolane" brendinin seçilmiş məhsullarına möhtəşəm ENDİRİM!
Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər - AÇIQLAMA
Birinci sinfə qeydiyyat bu tarixdən başlanılır
Nobel Oil Services Direktorlar Şurasını daha da gücləndirib
Azərbaycan Türkiyədən mebel idxalını artırıb
Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edib (FOTO/VİDEO)
Bütün xəbərlər