...

"Rabitəbank" onlayn kredit müraciəti edənlər üçün faizləri endirir!

İqtisadiyyat Materials 29 Mart 2019 14:51 (UTC +04:00)

Bakı. Trend:

Artıq "Rabitəbank" onlayn kredit üçün müraciət edən müştərilərə 1% endirim təklif edir.

Belə ki, bu gündən etibarən Rabitəbankın Sosial Media kanalları vasitəsi ilə, onlayn şəkildə nağd pul kreditinə müraciət edildikdə, faiz dərəcəsi 1% endiriləcəkdir. Krediti əldə etmək istəyənlər Telegram (http://t.me/rabitabankbot) və yaxud Facebook messenger (http://m.me/rabitabank) üzərindən Rabitəbot, www.133.azwww.rabitabank.com vasitəsi ilə onlayn müraciət edə bilər. Müraciət zamanı, müştəriyə generasiya kodu təqdim olunacaq və bu kodla Rabitəbank filialların birinə yaxınlaşaraq, faiz endirimini əldə edəcəkdir. Müştəri, heç bir növbə gözləmədən, zamana qənaət edə və aşağı faiz dərəcəsi ilə, 15.000 AZN-ə dək nağd pul kreditinin sahibinə çevriləcəkdir. Daha ətraflı məlumat üçün: bit.ly/1-faiz-endirim

Qeyd edək ki, Rəqəmsal aləmdə inkişaf edən Rabitəbank yeni texnoloji həllərini yaxın gələcəkdə ictimaiyyətə təqdim etməyə hazırlaşır.

lkənin ilk müstəqil banklarından olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti