...

Problemli kreditlər üzrə təzminat alacaq vətəndaşların siyahısı və vaxt dərc olunacaq?

İqtisadiyyat Materials 12 Aprel 2019 16:56 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası aprelin 15-dən sonra problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını dərc edəcək
Problemli kreditlər üzrə təzminat alacaq vətəndaşların siyahısı və vaxt dərc olunacaq?

Bakı. Xeyrəddin Nəsirzadə - Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası aprelin 15-dən sonra problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını dərc edəcək.

Bu barədə Trend-ə Palatadan məlumat veriblər.

Siyahı qurumun rəsmi saytında yerləşdiriləcək. Bundan başqa, problemli kreditlərlə bağlı məlumatlar kreditlərin alındığı müvafiq banklara ötürüləcək.

Qeyd edək ki, fevralın 28-də Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana uyğun olaraq “10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya olunacaq. Sənəd 800 min nəfəri əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti