...

Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini bərpa etməyib - Təmirə görə

İqtisadiyyat Materials 2 May 2019 14:39 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk boru kəmərinin Azərbaycan sahəsində davam edən təmir işləri ilə əlaqədar neft nəqlini bərpa etməyi planlaşdırmır
Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini bərpa etməyib - Təmirə görə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk boru kəmərinin Azərbaycan sahəsində davam edən təmir işləri ilə əlaqədar neft nəqlini bərpa etməyi planlaşdırmır.

Trend-in məlumatına görə, bunu şirkətin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov deyib.

O, təmir işlərinin başa çatacağı tarix barədə konkret məlumat verməyib.

Qeyd edək ki, Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini mart ayında dayandırıb. SOCAR-ın nümayəndəsi bildirib ki, bu istiqamətdə nəqli nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarük edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti