...

Ukrayna qızıl ehtiyatlarını satır - Borcunu ödəmək üçün

İqtisadiyyat Materials 30 May 2019 09:33 (UTC +04:00)
Ukrayna dövlət borclarını ödəmək məqsədilə qızıl ehtiyatlarını satır
Ukrayna qızıl ehtiyatlarını satır - Borcunu ödəmək üçün

Bakı. Trend:

Ukrayna dövlət borclarını ödəmək məqsədilə qızıl ehtiyatlarını satır. Trend-in məlumatına görə, bunu Ukrayna Milli Bankının sədri Yakov Smoliy deyib.

Bank rəsmisinin sözlərinə görə, 2019-cu ilin may ayı üçün ölkənin qızıl ehtiyatları 1,2 milyard dollar dəyərində azalıb.

Qızıl ehtiyatlarında isə bu göstərici 20,5 milyard dollardan 19,3 milyard dollara qədər düşüb.

Y.Smoliy qeyd edib ki, 2019-cu ilin sonuna qədər Ukrayna 5 milyard dollar dəyərində xarici və daxili borclarını ödəməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti