Bakı. Trend:
Azərbaycanın ən böyük onlayn xidmətlər platforması Hesab.az müqəddəs Ramazan bayramı səbəbi ilə yenidən istifadəçilərini sevindirməyə davam edir.
Hesab.az artıq Ramazan ayı ərzində ikinci dəfə istifadəçilər üçün qazandıran kampaniya həyata keçirir və 5-7 iyun tarixlərində Ramazan bayramı münasibətilə “Sevdiklərinizlə bayramlaşın!” kampaniyasına start verir. Beləliklə istifadəçilər Hesab.az Mobil tətbiqindən mobil balansa toplam 30 AZN və yuxarı ödəniş etdikdə 10.000 bonus və istirahət günlərində istifadəçilərin yaxınları ilə bayramlaşmağa rahat getmələri üçün pulsuz taksi kuponu qazanacaqlar.
Hesab.az komandası xalqımızı müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, ruzi - bərəkət və xoş günlər arzu edir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.