...

Şəmkirdə 210 kq yararsız inək əti aşkar edilib (FOTO)

İqtisadiyyat Materials 17 İyul 2019 10:44 (UTC +04:00)
210 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb
Şəmkirdə 210 kq yararsız inək əti aşkar edilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları tərəfindən daxil olan məlumat əsasında 17 iyul tarixində, gecə saat 02:00 radələrində Şəmkir rayonu Sabirkənd kəndində məskunlaşan Sadiqov Elşad Vəli oğlunun həyətyanı sahəsinə baxış keçirilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, baxış zamanı vətəndaş Elşad Sadiqovun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş çəkisi 210 kq olan bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyi müsadirə edilərək götürülüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdirilib.

Həmçinin, heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti