...

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İqtisadiyyat Materials 27 Avqust 2019 19:25 (UTC +04:00)
Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı. Trend:

28 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması saat 10:30-dan 12:00-dək təşkil olunacaq. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət qeydiyyat №-si 50101876S
Hərraca çıxarılan həcm 100 000 000 AZN
Notun nominal dəyəri 100 АZN
Notların tədavül müddəti 28 gün
Ödəmə tarixi 25.09.2019

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti