...

“MOL Group” şirkəti “Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhanın səhmlərini satın alır

İqtisadiyyat Materials 4 Noyabr 2019 20:59 (UTC +04:00)
Sazişin ümumi məbləği 1,57 milyard dollara bərabərdir
“MOL Group” şirkəti “Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhanın səhmlərini satın alır

Bakı. Ləman Zeynalova - Trend:

Macarıstanın “MOL Group” şirkəti “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsində səhmlərin 9,57 faizinin və Bakı-Tbilisi-Ceyhan boru kəmərində səhmlərin 8,9 faizinin alınması ilə bağlı “Chevron Global Ventures Ltd” və “Chevron BTC Pipeline Ltd” şirkətləri ilə saziş imzalayıb.

Trend bu barədə Macarıstan şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, sazişin ümumi məbləği 1,57 milyard dollara bərabərdir. Bu əməliyyat başa çatdıqdan sonra MOL “Azəri-Çıraq-Günəşli” layihəsində üçüncü ən iri tərəfdaş olacaq.

Sazişin 2020-ci ilin ikinci rübündə qüvvəyə minəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti