...

İsveç sülh sazişindən sonra Ukraynaya “JAS Gripen” qırıcılarını göndərməyə hazırdır

Dünya xəbərləri Materials 7 Yanvar 2026 01:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sülh sazişi imzalandıqdan sonra İsveç Ukraynaya hava müşahidəsi tapşırıqlarını yerinə yetirmək üçün “JAS Gripen” qırıcılarını göndərməyə hazırdır.

Trend xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson Parisdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müzakirə olunduğu görüşdən sonra bildirib

Onun sözlərinə görə, İsveç daha geniş beynəlxalq missiyanın tərkibində iştirak etməyi planlaşdırır və bu missiyaya Qara dənizdə minalardan təmizləmə əməliyyatları da daxil ola bilər. Bundan əlavə, Stokholm Ukraynanın müdafiə qabiliyyətini uzunmüddətli perspektivdə gücləndirmək məqsədilə ukraynalı əsgər və zabitlərin hazırlanmasını davam etdirməyi nəzərdə tutur.

Baş nazir vurğulayıb ki, Parisdə keçirilən görüş Ukrayna üçün etibarlı və real təhlükəsizlik zəmanətlərinin formalaşdırılması istiqamətində atılmış növbəti mühüm addımdır.

Xəbər lenti

Xəbər lenti