...

“Mançester Yunayted” Ole Qunnar Solskyaerlə danışıqlar aparıb

İdman Materials 7 Yanvar 2026 00:40 (UTC +04:00)
“Mançester Yunayted” Ole Qunnar Solskyaerlə danışıqlar aparıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Mançester Yunayted” klubu keçmiş baş məşqçisi Ole Qunnar Solskyaerlə danışıqlar aparıb.

Bu barədə Trend jurnalist Florian Plettenberqə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, norveçli mütəxəssis cari mövsümün sonuna qədər olsa belə, “qırmızı şeytanlar”a rəhbərlik etməyə hazırdır. Bildirilir ki, Solskyaer son dərəcə motivasiyalıdır və bu vəzifəni icra etməyə tam hazırdır. Hazırda klub yekun qərar üzərində düşünür.

Qeyd edək ki, Ole Qunnar Solskyaer 2018–2021-ci illərdə “Mançester Yunayted”in baş məşqçisi olub.

Xatırladaq ki, yanvarın 5-də “Mançester Yunayted” Ruben Amorimin baş məşqçi vəzifəsindən azad edildiyini elan edib. Portuqaliyalı mütəxəssis 11 noyabr 2024-cü ildən 5 yanvar 2026-cı ilədək kluba rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti