Bakı. Trend:
Meksika beynəlxalq problemlərin həllində heç vaxt zorakılığa əl atmayacaq.
Trend xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum Venesueladakı son hadisələri şərh edərkən bildirib.
Şeynbaum vurğulayıb: “Maduro rejimi və ya Venesueladakı Çavizm ilə razılaşmayan biri başqa məsələdir. Lakin prezidenti devirmək üçün güc tətbiq edən ölkə tamamilə başqa şeydir və biz buna heç vaxt razı olmayacağıq”.
O əlavə edib ki, bu yanaşma yalnız Meksikaya deyil, bütün dünyaya aiddir və Venesuela xalqının suverenliyinə hörmət edilməlidir. Şeynbaum qeyd edib ki, Meksikanın xarici siyasəti həmişə xalqların suverenliyinin və öz müqəddəratını təyinetməsinin qorunmasına əsaslanıb.
Prezident bildirib: “Biz heç vaxt bir ölkənin BMT Nizamnaməsi çərçivəsindən kənarda digərinə hücum etməsinə razı olmayacağıq, hətta hakimiyyətə qarşı ciddi ittihamlar irəli sürülsə belə. Əgər kimsə nədəsə günahkardırsa, bu, sübut olunmalıdır, məsələn, Maduro nümunəsində olduğu kimi”.
