...

Yerusəlimdə avtobus etirazçıların üzərinə sürülüb

Dünya xəbərləri Materials 7 Yanvar 2026 03:33 (UTC +04:00)
Yerusəlimdə avtobus etirazçıların üzərinə sürülüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yerusəlimdə avtobusun çağırış qanununa qarşı etirazçıların üzərinə sürülməsi nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Polis hadisə zamanı avtobus sürücüsünü həbs edib. Yaralılardan biri xəstəxanaya yerləşdirilib, digərinin vəziyyəti barədə məlumat verilmir.

Hadisə çərşənbə axşamı ultra-ortodoks yəhudilərin çağırış qanununa etiraz məqsədilə təşkil etdiyi nümayiş zamanı baş verib. Etiraz Knessetin (İsrail parlamenti) geniş hərbi xidmət müavinətləri təmin edəcək qanun layihəsini bloklaması fonunda keçirilib. Portalın məlumatına görə, mitinqlərdə bir neçə yüksək vəzifəli ravvin də daxil olmaqla 10 mindən çox insan iştirak edib.

Xəbər lenti

Xəbər lenti