Bəzi tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınması üzrə elektron portalın tətbiqinə başlanıldı (FOTO)

Bəzi tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınması üzrə elektron portalın tətbiqinə başlanıldı (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yerli icra hakimiyyəti orqanlarında çalışan tikintiyə icazə verilməsi ilə əlaqəli məsul əməkdaşlar üçün maarifləndirici seminar keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, seminarın məqsədi elektron portalın işləmə mexanizmini canlı nümayiş etdirmək, sistemlə bağlı tətbiq ediləcək son yeniliklər barədə məlumat vermək və iştirakçılar arasında yaranmış sualların cavablandırılması olub.

Toplantıda Gəncə-Qazax, Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonlarından 30-a yaxın memar və yerli icra hakimiyyəti orqanlarında çalışan əməkdaş iştirak edib. Onlara bildirilib ki, cari ilin fevral ayından etibarən istifadəsinə başlanılmış elektron portal üzrə işlərin bir neçə mərhələdə görülməsi planlaşdırılıb. İlkin mərhələdə elektron sistem Bakı şəhəri üzrə tətbiq edilib. Nəticədə portal vasitəsi ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının layihələri üçün 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə etmək imkanı yaradılıb.

Seminarda qeyd edilib ki, hazırda “Bir pəncərə” prinsipi ilə işləyən elektron portalın ölkə üzrə tətbiqinin genişləndirilməsinə - ikinci mərhələyə başlanılıb. Bu məqsədlə pilot layihə ilk olaraq Lənkəran iqtisadi rayonu üzrə test rejimində uğurla sınaqdan keçirilərək istifadəyə verilib. Yaxın zamanda isə sistem bütün ölkə üzrə tətbiq edilərək ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınmasını mümkün edəcək. Vurğulanıb ki, elektron portal məmur-sahibkar ünsiyyətini minimuma endirərək daha qısa vaxt çərçivəsində rayonlar üzrə də icazələrin alınması prosesini şəffaflaşdıracaq. Növbəti mərhələlərdə isə bu sistem vasitəsi ilə ekspertizası tələb olunan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin alınması istiqamətində işlər davam etdiriləcək.

Sonra seminar iştrakçıları elektron sistemin işləmə mexanizmi ilə canlı tanış olublar. Həmçinin elektron sistem və sənədlərin icrası ilə bağlı onlarda yaranmış suallar Komitənin rəhbər şəxsləri tərəfindən cavablandırılıb.

Qeyd edək ki, “Bir pəncərə” prinsipi ilə işləyən elektron portal dövlət başçısının 28 dekabr 2018-ci il tarixli “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanıb. Elektron portalın tətbiqində məqsəd Azəbaycan Respublikası Prezidentinin ölkədə həyata keçirdiyi sosial-iqtisadi islahatların bir hissəsi olaraq sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılmasıdır. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ölkəmizdə tikinti sektorunda müşahidə olunan şəffaf və sağlam iş mühiti beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Ötən il Dünya Bankının “Doing Business 2019” hesabatında “Tikinti üçün icazə alınması” indikatoru üzrə siyahıda 100 pillə irəliləyərək 61-ci yerə yüksələn Azərbaycan bu il daha 2 pillə önə gedərək 59-cu yerdə qərarlaşıb.

Riskli əməliyyatlar üzrə büdcəyə 11 milyon manata yaxın vəsait ödənilib - Səfər Mehdiyev
Riskli əməliyyatlar üzrə büdcəyə 11 milyon manata yaxın vəsait ödənilib - Səfər Mehdiyev
S&P manatın dollara mövcud nisbətdə bağlılığını təsdiq edib
S&P manatın dollara mövcud nisbətdə bağlılığını təsdiq edib
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb
Loading Bars
Xəbər lenti
Qarlı hava şəraiti səbəbindən Ankara ilə İstanbulu birləşdirən yol bağlanıb
İtaliya parlamentində ölkə prezidenti seçkilərinə start verilir
Kaliforniyada şənlik zamanı atışma nəticəsində azı 4 nəfər ölüb
ÜST koronavirus pandemiyasının Avropada tezliklə bitəcəyini ehtimal edib
Azərbaycanda sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb
Riskli əməliyyatlar üzrə büdcəyə 11 milyon manata yaxın vəsait ödənilib - Səfər Mehdiyev
XİF Mal Nomenklaturası üzrə ötən il sistemə 44 yeni risk profili əlavə edilib - DGK
Malidəki hərbi bazaya hücum nəticəsində fransız hərbçi həlak olub
İşğaldan azad edilmiş ərazilərə bu gündən müntəzəm avtobus reysləri başlayır
Çexiyada quş qripinə yoluxma faktları qeydı alınıb
Brüsseldə etirazçılarla polis arasında toqquşma baş verib
Ermənistan prezidentinin səlahiyyətlərini parlament sədri həyata keçirəcək
Ağstafada yol qəzası nəticəsində "BMW" yanıb
ÜST "omicron"-dan daha yoluxucu ştammların meydana çıxmasını istisna etmir
Azərbaycana pakistanlı iş adamlarından ibarət heyətin səfəri təşkil olunacaq (FOTO)
Göygöldə yük avtomobili yanıb
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
Ermənistan prezidenti istefa verib
Biləsuvarda çay evində yanğın olub
Yaponiya və ABŞ nüvə aviadaşıyıcılarının iştirakı ilə birgə təlimlər keçiriblər
Kamerunda gecə klubunda yanğın olub, 16 nəfər ölüb
Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək
Sumqayıtda yataqxana binasında yanğın olub
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 697 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Bayraktar Akıncı PUA-larının tədarükü üzrə ilk müqavilə imzalanıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib
Pekin Olimpiadasına gələn 72 nəfərdə koronavirus aşkarlanıb
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib (FOTO/VİDEO)
İraq qüvvələri İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata başlayıblar
Burkina-Fasoda iki hərbi düşərgədə atışma olub
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
İranda daha 28 nəfər koronavirusdan ölüb
Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib
Rusiyada ötən sutka ərzində koronavirusa 63 205 nəfər yoluxub
Sabah Ağdama iki avtobus reysi təşkil olunacaq - Biletlər artıq satışda
Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb
Gürcüstanda koronavirusa daha 9 696 nəfər yoluxub, 28 nəfər ölüb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Dünyada koronavirusa yoluxanların sayı 349 milyonu ötüb
Balakəndə birmərtəbəli tikili yanıb, ölən var
Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib
İstanbulda avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var
Masallıda qanunsuz ov edən şəxs saxlanılıb
Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir (VİDEO)
Qara dənizdə 700 ton mazut daşıyan tankerdə yanğın olub
Qubada evdə kişi meyiti tapılıb
Bakıda vaqon yanıb
Türkiyədə avtobus maneəyə çırpılıb, çox sayda xəsarət alan var
Yeni Zelandiya hökuməti “omikron” ştamına görə maksimum həyəcan səviyyəsi elan edib
Dövlət tərəfindən görülən tədbirlər süni qiymət artımının qarşısını alır - TƏHLİL
Yaponiyanın Fukusima-1 AES-də sızıntı qeydə alınıb
Türkiyədə ötən sutka koronavirusa 72 mindən artıq yoluxma qeydə alınıb
"TikTok"un işində fasilələr yaranıb
Peruda neft dağılan ərazilərdə fövqəladə vəziyyət elan edilib
"Lamborghini" şirkəti "Aventador" modelinin varisini təqdim edəcək
Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib
Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etməyi planşdırır - Ərdoğan
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib
Azərbaycanlı musiqiçi intihar etdi
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib
İran Türkiyə ilə uzunmüddətli əlaqələri qurmaq istəyir - Rəisi
Türkiyə Silahlı Qüvvələri 10 PKK terrorçusunu zərərsizləşdirib
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Bərdədə 32 yaşlı kişi güllələnib
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Qeyri-neft sektorunda rekord göstəricilər - Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?
Əfqanıstanda partlayış olub, ölənlər var
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib
Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib (FOTO)
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Bakıda 2 narkotacir və 4 narkokuryer saxlanılıb (VİDEO)
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdi
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)
Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı (FOTO/VİDEO)
İranda daha 30 nəfər koronavirusdan ölüb
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Son bir ildə 114 uşaq övladlığa verilib
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
Nərimanovda bina yanır (VİDEO)
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu
Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər