...

Xalq Bank ödəniş kartlarını Hesab.az-da pulsuz qazanın

İqtisadiyyat Materials 6 Dekabr 2019 17:23 (UTC +04:00)
Həyata keçirilən aksiyalar, xüsusi endirim kampaniyaları, əlverişli təkliflər mütəmadi olaraq müştəriləri sevindirir.
Xalq Bank ödəniş kartlarını Hesab.az-da pulsuz qazanın

Bakı. Trend:

Xalq Bank və Hesab.az portalının uzunmüddətli tərəfdaşlığı çərçivəsində həyata keçirilən aksiyalar, xüsusi endirim kampaniyaları, əlverişli təkliflər mütəmadi olaraq müştəriləri sevindirir.

Bankdan Trend-ə verilən məlumata görə, cari ilin dekabr ayının 6-dan 13-dək Hesab.az portalının əsas səhifəsində https://bit.ly/36cEDlJ linki vasitəsilə keçərək xüsusi məlumat formasını dolduran hər istifadəçi Xalq Bankın 1 illik Visa Classic ödəniş kartını pulsuz əldə edəcək. Bu kartları əldə edən istifadəçilər isə yaxın zamanda bol hədiyyəli bayram kampaniyasında iştirak edəcəklər.

Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı bankın www.xalqbank.az korporativ səhifəsindən və 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Portalda müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və s. xidmətlərin alışı/ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti