...

AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb (FOTO)

İqtisadiyyat Materials 10 Dekabr 2019 18:35 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə əkin sahələrində fitosanitar monitorinqləri davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, agentliyin əməkdaşları növbəti monitorinqi əkin sahələrində torpaqlarda aktiv və ya qışlama dövründə olan zərərli orqanizmlərin aşkar edilməsi məqsədi ilə Bərdə rayonu, Körpüsındıran və Qazaxlar kəndindəki əkin sahələrində həyata keçiriblər.

Müşahidələr zamanı, torpaqlarda yaşayaraq, bitkilərin inkişafına mane olan, onların məhsuldarlığını aşağı salan, görünüş və keyfiyyətinə təsir edən zərərli orqanizmlərlə bağlı əkin sahibləri məlumatlandırılıb. Eyni zamanda zərərli orqanizmlərə qarşı aparılması zəruri olan mübarizə tədbirləri barədə məlumat verilib.

Müşahidələr zamanı “Cavid Kəndli Fermer Təsərrüfatı” və “Elkiyar” MMC-yə məxsus təsərrüfatlardan nümunələr götürülmüş torpaqlarda mövcud zərərli orqanizmlərin aşkarlanması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyalarına təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti