...

FED uçot dərəcəsini 2.2 faiz səviyyəsində saxlayıb

İqtisadiyyat Materials 12 Dekabr 2019 01:24 (UTC +04:00)
Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED), ABŞ-ın ÜDM-in artım proqnozunu 2019-cu ildə 2,2%, 2020-ci ildə isə 2% səviyyəsində saxlayıb
FED uçot dərəcəsini 2.2 faiz səviyyəsində saxlayıb

Bakı. Trend:

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED), ABŞ-ın ÜDM-in artım proqnozunu 2019-cu ildə 2,2%, 2020-ci ildə isə 2% səviyyəsində saxlayıb.

Trend-in məlumatına görə, bu barədə nizamlayıcının saytında bildirilir.

2021 və 2022-ci illər üçün ÜDM proqnozları da müvafiq olaraq 1,9% və 1.8% səviyyələrində saxlanılıb. Nizamlayıcı, həmçinin 2019-cu ildə baza inflyasiyasının proqnozunu 1,5%, 2020 və 2021-ci illərdə - müvafiq olaraq 1.9% və 2% səviyyələrində saxlayıb. 2022-ci ildə Fed baza inflyasiyasını 2% səviyyəsində gözləyir.

ABŞ-da işsizlik göstəriciləri proqnozu 2019-cu ildə 3.7%-dan 3.6%-a və 2020-ci ildə 3.7%-dan 3.5%-a endirilib. 2021 və 2022-ci illərdə müvafiq olaraq 3.8% əvəzinə 3.6%, 3.9% yerinə 3.7% göstəriciləri gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti