...

3 yaşayış məntəqəsinə qaz verilib (FOTO)

İqtisadiyyat Materials 18 Dekabr 2019 19:45 (UTC +04:00)
Qubanın Dəvədabanı kəndində 605 fərdi yaşayış evinə təbii qaz verilib.
3 yaşayış məntəqəsinə qaz verilib (FOTO)

Bakı. Trend:

Qubanın Dəvədabanı kəndində 605 fərdi yaşayış evinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə,
ümumilikdə kənddə qazlaşma işlərinin aparılması üçün 33515,9 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, fərdi qaz tənzimləyicisi və məişət tipli qaz sayğacları quraşdırılıb.

Bərdə rayonunun Hacıəhmədli kəndində də 62 fərdi yaşayış evi mavi yanacaqla təmin olunub. Bu kənddə görülən işlər çərçivəsində 5358 metr uzunluğunda müxtəlif diametrli borulardan istifadə olunmaqla yeni qaz xətləri çəkilib.

Bakı şəhərində isə bu ilin dövlət proqramına görə qazlaşdırılması aparılan sayca 6-cı yaşayış massivində qaz açılışı olub.

Binəqədi rayonu 28 May qəsəbəsi dəmir yolunun alt və üst hissəsində yerləşən yeni massivdə 117 evdə artıq mavi yanacaqdan istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti