Bakı. Trend:
ABŞ Sakit Okean qərb bölgəsində iki narko-terrorçu qayığına zərbə endirib.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun rəhbəri Pit Heqset "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ hərbçiləri beynəlxalq sularda hər iki gəmiyə zərbə endirib, nəticədə göyərtədəki altı nəfər öldürülüb.
"Ötən gün Prezident Trampın göstərişi ilə terror təşkilatları kimi tanınan təşkilatlara məxsus iki gəmiyə qarşı iki ölümcül kinetik zərbə endirilib. Kəşfiyyatımız bu gəmilərin qanunsuz narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu, narkotik daşıdığını və Sakit Okeanın şərq hissəsində məlum narkotik qaçaqmalçılığı marşrutunu izlədiyi barədə məlumatlı olub", - deyə o yazıb.