AZAL səmanı bütün aviaşirkətlər üçün açdı

AZAL səmanı bütün aviaşirkətlər üçün açdı

Bakı. Trend:

Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1 yanvar 2020-ci il tarixindən etibarən sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.

“Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.

Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir. Misal üçün, beşinci qrup “hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Və yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə bilərlər.

Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər.

Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirəcəklər.

Qeyd edək ki, əvvəllər Azərbaycana belə uçuşlar həyata keçirmək üçün icazə aviaşirkətlərə fərdi olaraq təqdim edilirdi.

Yeni şərtlərə əsasən, Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər milli aviadaşıyıcı ilə eyni hüquqlara sahib olacaqlar.

Bu xarici aviaşirkətlərin Azərbaycana uçmaq marağını artıracaq, onlar üçün yeni bazarlar açacaq, həmçinin sərnişin axınının və turistlər üçün cəlbediciliyin artırılması üçün imkanı yaradacaq.

Xarici aviaşirkətlərin gəlişi Azərbaycan vətəndaşları üçün daha çox səyahət imkanları yaradacaq, sərnişinlər yaxın və uzaq xarici ölkələrə birbaşa reyslərin geniş seçiminə sahib olacaq.

1 yanvar 2020-ci il tarixindən etibarən Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə reyslər həyata keçirmək istəyən bütün aviaşirkətlər bu üstünlüyə sahib olacaq. Sözügedən ölkələrin aviasiya orqanlarına müvafiq bildiriş göndəriləcək.

Heç bir maneə olmadan aviadaşıyıcılar Bakıdan Fransa, İtaliya, Almaniya, Avstriya, İspaniya, Yunanıstan, Çexiya, Belçika, Hollandiya, Danimarka, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, İsveç, Estoniya, İrlandiya, İslandiya, Latviya, Litva, Lüksemburq, Makedoniya, Malta, Bolqarıstan, Gürcüstan, ABŞ, Yaponiya, Vyetnam, İndoneziya, Kamboca, Myanma, Banqladeş, Cənubi Koreya, Malayziya və Avstraliya kimi ölkələrə sərnişin daşıya biləcək. Gələcəkdə ölkələrin sayı artırıla bilər.

Üstəlik, Azərbaycana uçuşlar yerinə yetirməyə başlamaq istəyən istənilən yeni aviaşirkət ölkənin hava limanlarının xidmətlərinə 100% endirim əldə edəcək. Əməliyyatın ikinci ilində endirim 70%, üçüncü ilində 50%, dördüncü ilində isə 30% təşkil edəcək. Uçuşların sayının və sərnişin axınının artması şərtilə endirimlərin səviyyəsi və tətbiqi müddətinin uzadılması nəzərdə tutulub. Aviaşirkətlər daha ətraflı məlumatı hava limanının rəsmi saytında əldə edə bilərlər: airport.az

“Bu, bütövlükdə ölkə üçün qlobal bir qərardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin mülki aviasiyası göstərdiyi daimi qayğı və dəstəyi sayəsində ölkənin beynəlxalq hava limanlarında çoxsaylı xarici aviaşirkətlərə xidmət göstərilməsi üçün hər cür əlverişli şərait yaradılmışdır. Ölkənin bütün beynəlxalq hava limanlarında beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqi Azərbaycandan yerinə yetirilən uçuşların coğrafiyasını genişləndirməyə, ölkənin xarici bazara cıxmaq üçün nəqliyyat imkanlarını artırmağa, həmçinin ölkənin turizm potensialını reallaşdırmağa icazə verəcək və sərnişinlər üçün rəqabətqabiliyyətli təklifləri təmin edəcək. Vətəndaşlarımızın səyahətlərinin coğrafiyasını genişləndirmək və Avropa, Asiya, Avstraliya və Şimali Amerikaya yol xərclərini azaltmaq üçün imkanları yaranacaq”, – AZAL prezidenti Cahangir Əsgərov qeyd etmişdir.

Azərbaycanın beynəlxalq hava limanlarında beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqi qərarı iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün əlavə stimul olacaq və eyni zamanda ölkədə yeni iş yerlərinin açılmasına öz töhfəsini verəcək.

Hal-hazırda Azərbaycanda beynəlxalq statusa malik altı hava limanı fəaliyyət göstərir. Bakıda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, Naxçıvan, Gəncə, Qəbələ, Lənkəran və Zaqatala hava limanlarında da aviadaşıyıcılar üçün hər cür şərait yaradılmışdır.

Respublikanın bütün beynəlxalq hava limanları 3-cü dərəcə də daxil olmaq ilə İCAO kateqoriyalarına malikdir, müasir avadanlıqlarla təchiz olunmuşdur, burada yerüstü xidmətlər, aviasiya təhlükəsizliyi, sərhəd və gömrük nəzarəti üçün lazımi şərait yaradılmışdır.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. Paytaxt hava limanı “Skytrax World Airport Awards” versiyasına görə maksimal “5 Ulduz” statusuna layiq görülmüş, həmçinin ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq etmişdir.

2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirmişdir.

Azərbaycan hava limanları sərnişin axınına görə regionda lider mövqeyə sahibdir. 2019-cu ilin ilk 11 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 5,15 milyon sərnişinə xidmət göstərmişdir ki, bunun da 4,39 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür. Bu, ötən ilin göstəricisindən 6% çoxdur.

Putinin avtoqrafı hərracda 340 min rubla satıldı
Putinin avtoqrafı hərracda 340 min rubla satıldı
İranda koronavirusa yoluxanların sayı artıb
İranda koronavirusa yoluxanların sayı artıb
Yeni ilbiz növünə Qreta Tunberqin adı verildi
Yeni ilbiz növünə Qreta Tunberqin adı verildi
Loading Bars
Xəbər lenti
Putinin avtoqrafı hərracda 340 min rubla satıldı
KOBİA Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə üzv oldu
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
Prezident İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda iştirak edib
Fevralın 24-nə manatın məzənnəsi
MSK iki məntəqədə səsvermənin nəticələrini ləğv etdi
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək
Bakıda karate üzrə Avropa çempionatına hazırlıq işləri davam edir (FOTO)
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə məktub ünvanlayıb
İstirahət günlərinə olan hava proqnozu açıqlandı
Uşaq poliklinikasındakı yanğın söndürülüb
Bakı metrosunda koronavirusla bağlı dezinfeksiya tədbirlərinə başlandı
Bakının Baş planının yekun layihəsi hazırlanır
MSK-nın seçkilərlə bağlı iclası başladı (ƏLAVƏ OLUNUB-2)
Elman Məmmədov: Azərbaycan və İtaliya arasında Birgə Bəyannamə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir
Cavanşir Məmmədov: Bakıdakı mövcud yaşıllıqların ən azı 50-60 yaşı var
FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib (FOTO)
Mirsalam Qəmbərov: Bəzi layihələrdə mövcud yaşıllıqlar gizlədilir
Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunmasına müsbət təsir göstərəcək
Bu ildən ölkə üzrə I siniflərə qəbul elektron qaydada aparılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşüb (FOTO)
İlk peşə-ixtisas təhsili müəssisələrində buraxılış imtahanının nəticələri açıqlanıb
Azərbaycanda yaşıllıqlara nəzarət üçün elektron baza yaradılır
Gürcüstanda ağır cinayət törədərək Bakıda gizlənən silahlı şəxs tutulub (FOTO)
Azərbaycan və Litva gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə olunub
Atlet Mərziyyə Məhərrəmova çempion oldu
Hadisə yerindən qaçan sürücü tutuldu
Saleh Məmmədov: 5 ildə 6 min kilometrdən çox avtomobil yolları tikilib (FOTO)
İranda koronavirusa yoluxanların sayı artıb
Kibertəhlükəsizliyin artması üçün özəl sektorun möhkəmlənməsi lazımdır
Prezidentin İtaliyaya dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan regionda nüfuz dairəsini genişləndirir - Tahir Mirkişili
Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olundu (FOTO)
Naxçıvanda minik maşını “QAZel”lə toqquşub - Ölənlər var
Azərbaycanda ilk ödənişli yolun istifadəyə veriləcəyi tarix açıqlandı
Bakı-Sumqayıt yolu 3 aya təhvil veriləcək
Bank Respublika Avropa Pul Viktorinasına dəstək olacaq!
Polis küçədə qadın və azyaşlıya zor tətbiq edilməsini araşdırıb
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
Prezident İlham Əliyevin İtaliyaya uğurlu səfəri yeni bir mərhələnin əsasını qoydu - Bəxtiyar Əliyev
Zavod direktorunun otağından oğurluq edən şəxs saxlanıldı
Rauf Cabbarov: Kibertəhlükəsizlik sahəsində kadrların hazırlanması vacib tapşırıqdır
İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Sona Əliyeva
Məktəblərdə Beynəlxalq Ana Dili Günü qeyd olunub (FOTO)
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb (FOTO)
YAP-da könüllülərin toplantısı keçirilib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Ötən gün yol qəzalarında 6 nəfər ölüb
Yevlax sakinindən 1 kiloqrama yaxın heroin götürülüb
Yeni ilbiz növünə Qreta Tunberqin adı verildi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Sabaha olan hava proqnozu açıqlandı
İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır - Tahir Kərimli
İxracatçılara “Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması”ndan danışılıb (FOTO)
İtaliya şirkətləri öz iqtisadiyyatını genişləndirən Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar - Asim Mollazadə
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
TƏBİB-in sədri: “Sahə həkimi” anlayışı “ailə həkimi” anlayışı ilə əvəz ediləcək
Azərbaycan neftinin qiyməti dəyişdi
Balakən, Qəbələ və Şəkidə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açıldı (FOTO)
Bakı-Alanya reysi təxirə salındı
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək
Bakıda "Könüllülər ili” ilə bağlı yeni layihəyə başlanıldı
100 yaşın mübarək, “Gəncənin səsi”!
Aksiz markası olmayan malların satış məqsədilə saxlanması faktı aşkar edilib (FOTO)
İtaliya ilə əlaqələrin inkişafı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin genişlənməsinə kömək edə bilər - Musa Qasımlı
Müxalifətin dalana düşmüş zavallıları çıxış yolu arayır - "Politşou" təqdim edir (Videolayihə)
Kontakt Home Masallıda ilk mağazasını açdı – 50%-dək ENDİRİM, ƏYLƏNCƏ, HƏDİYYƏLƏR
Astarada narkotacirlər saxlanıldı
2019-cu il ərzində Əqli Mülkiyyət Agentliyində mindən çox vətəndaş müraciətinə baxılıb
İtaliya Prezidenti: Azərbaycan regionun ən çiçəklənən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etmişdir
Prezident İlham Əliyev: Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir
AAYDA: Bu il respublika əhəmiyyətli 36 yolun abadlaşdırılması üçün vəsait ayrılıb
Külli miqdarda dərman preparatının ölkəyə gətirilməsinin qarşısı alındı
BMT-nin Baş katibi Türkiyəyə daha çox suriyalı qaçqın qəbul etməsi üçün çağırış etdi (FOTO)
"Golden City" yaşayış kompleksi - Sərfəli qiymətə mənzil sahibi olun!
İranda parlament seçkiləri keçirilir
Neftçalada "Ford" yanıb
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı açıqlandı
Gədəbəydə əhaliyə göstərilən xidmətlər asanlaşdırıldı – “ASAN Xidmət” modeli yaradıldı (FOTO/VİDEO)
Vətəndaşlar keyfiyyətindən şübhələndikləri istənilən qida məhsulunu laboratoriyalarda yoxlatdıra bilərlər (FOTO)
Kolleclərə tələbə qəbulu başlanıldı
Yelo Bank əməliyyat risklərini sığortalamaq üçün tender keçirir
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Prezidentin dövlət səfərindən sonra İtaliya Azərbaycan sahibkarları üçün Avropada əsas bazarlardan biri ola bilər - Vüqar Bayramov
“BMW” yolu keçmək istəyən piyadanı vurub öldürdü
Xəzərə ən çox çirkləndirən axarlar Suraxanıda formalaşır
“Golden city” yaşayış kompleksi - sərfəli qiymətə mənzil sahibi olun!
Tərtərdə 3 otaqlı ev yanıb
SOCAR ötən il dövlət büdcəsinə 1,62 milyard manat ödəyib
Azərbaycanda bu sahədə maaş 3 min manatdan çoxdur
Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib
İcra Hakimiyyəti: Bu il Sumqayıtda 2 uşaq bağçası inşa ediləcək
Fevralın 21-də xarici valyutaların manata qarşı məzənnələri
Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbələrin analizlərinin cavabı açıqlandı
Ağdaşda heroin alverçisi saxlanılıb (FOTO)
Atəşkəs snayper tüfənglərlə pozuldu - 29 dəfə
Azərbaycan ötən il 4 ölkəyə üzüm ixrac edib
Bakı Ağ Şəhər incəsənət platforması kimi yaradıcı insanları cəlb edir (FOTO)
Türkiyədə tekstil şirkətində yanğın olub
Meksikada zəlzələ baş verib
Çində koronavirusdan ölənlərin sayı 2236-a çatıb
Bütün xəbərlər