...

Gələn il metroda havalandırma üçün 16 ventilyator alınacaq

İqtisadiyyat Materials 27 Dekabr 2019 16:40 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə metrodtansiyalarda havalandırma sisteminin yaxşılaşdırılması məqsədilə 16 yeni ventilyator alacaq.
Gələn il metroda havalandırma üçün 16 ventilyator alınacaq

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə metro stansiyalarında havalandırma sisteminin yaxşılaşdırılması məqsədilə 16 yeni ventilyator alacaq.

Trend-in məlumatına görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin ilin yekunları ilə bağlı hesabatında məlumat verilib.

Məlumatda qeyd edilir ki, onlardan 10-u məhz mövcud xətlərdə quraşdırılacaq.

Qeyd edək ki, 2019-cu ildə havalandırma sisteminin yenidənqurulması sürətləndirilib. 2018-ci ildə ventilyatorların optimal iş qrafiki yaradılıb, bu il 7 ən müasir ventilyator alınaraq quraşdırılıb. Rusiyanın “Ventprom” maşınqayırma zavodunun istehsalı olan ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı Meropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Güclü ventilyatorlar stansiyalarda və onlara yaxın tunel mənzillərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılmasını təmin edir. Əvvəlki avadanlıqlar, ən yaxşı halda, 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yenilərinin havalandırma imkanı 3-4 dəfə çoxdur.

Ventilyatorlar sifarişçinin təklif etdiyi texniki şərtlər nəzərə alınmaqla hazırlanıb. Yeni ventilyatorların iş rejimini (axından sovurmaya və əksinə) 30 saniyə ərzində dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin möhkəmləndirilməsi, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçidin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. "Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqlarına görə, ventilyatorların idarəetmə sistemləri “Siemens” və “Schneider” şirkətlərinin avadanlıqları üzərində qurulub. Yeni ventilyatorların faydalı iş əmsalı, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının tələblərinə cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti