...

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat Materials 8 Yanvar 2020 10:51 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 7-də 70,04 dollar/barel təşkil edib
Azərbaycan nefti ucuzlaşdı

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 7-də 70,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,79 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,17 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti