...

Yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək

İqtisadiyyat Materials 9 Yanvar 2020 12:43 (UTC +04:00)
20-22 fevral tarixlərində Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi keçiriləcək.
Yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək

Bakı. Trend:

20-22 fevral tarixlərində Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi keçiriləcək.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə məlumat verilib. Bildirilib ki, KOBİA, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim olunacaq. Ümumilikdə, sərgidə 150-ə yaxın şirkətin iştirakı nəzərdə tutulur.

Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Sərgidə təmsil olunmaq istəyən sahibkarlar "Marsol" MMC-yə (əlaqələndirici şəxs Fərid Rəcəbli, 050 228 64 31, www.partners.az) müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti