...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 13 Yanvar 2020 11:07 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68.53 dollar/barel təşkil edib
Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68.53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.23 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66.95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.29 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59.68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66.43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0.04 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti