...

Azərbaycan nefti bahalaşır

İqtisadiyyat Materials 30 Yanvar 2020 10:51 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 64,42 dollar/barel təşkil edib
Azərbaycan nefti bahalaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 64,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,48 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti