Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 30-da 63,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,56 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 57,77 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,66 dollar/barel azdır.