...

Bakı Limanının exolot cihazı üçün avadanlığın satınalması üzrə açıq müsabiqə elanının müddəti uzadılıb

İqtisadiyyat Materials 6 Fevral 2020 16:00 (UTC +04:00)
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin exolot cihazı üçün avadanlığın satınalması üzrə açıq müsabiqə elanının müddəti uzadılıb.
Bakı Limanının exolot cihazı üçün avadanlığın satınalması üzrə  açıq müsabiqə elanının müddəti uzadılıb

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin exolot cihazı üçün avadanlığın satınalması üzrə açıq müsabiqə elanının müddəti uzadılıb.

QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtlərində göstərilən, qiymət təklifi istisna olmaqla) 13 fevral 2020-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 14 fevral 2020-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 17 fevral 2020-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Əlaqə telefonları: 599-00-03 (1402).

Satınalma Komissiyası

Məqalədə:
Xəbər lenti

Xəbər lenti