...

“Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması” mövzusunda təlim keçiriləcək

İqtisadiyyat Materials 13 Fevral 2020 11:46 (UTC +04:00)
Təlim “Onevision Business Solutions” şirkətinin həmtəsisçisi və direktoru vəzifəsində çalışan Cavid Abasov tərəfindən aparılacaq.
“Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması” mövzusunda təlim keçiriləcək

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə 25 fevral 2020 –ci il tarixində “Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması” mövzusunda təlim keçiriləcək. Təlim “Onevision Business Solutions” şirkətinin həmtəsisçisi və direktoru vəzifəsində çalışan Cavid Abasov tərəfindən aparılacaq.

Mərkəzdən Trend-ə bildirilib ki, tədbirdə milli istehsal sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ixrac strategiyası üçün biznes planın hazırlanması barədə məlumat veriləcək. Ödənişsiz təlimdə həmçinin aşağıdakı mövzular haqqında danışılacaq:

  • Rəqabətqabiliyyətli məhsulun formalaşdırılması
  • Texnoloji inkişafa keçid
  • Qlobal və hədəf bazar strategiyası
  • Markalanma siyasəti
  • Effektiv ixracat planı

Tədbirdə iştirak etmək və daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə etmək mümkündür: http://iqtisadiislahat.org/registration/

Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16

Telefon: (051) 802-11-09, (050) 254-29-27, (012) 521-28-48

Məqalədə:
Xəbər lenti

Xəbər lenti