...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 20 Fevral 2020 11:29 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 59,61 dollar/barel olub
Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 19-da 62,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,34 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,88 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,31 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,61 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,3 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti