...

Azərbaycan neftinin qiyməti dəyişdi

İqtisadiyyat Materials 21 Fevral 2020 12:10 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 60,22 dollar/barel olub
Azərbaycan neftinin qiyməti dəyişdi

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 62,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,22 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti