...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 12 Mart 2020 10:24 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 34,88 dollar/barel olub
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 11-də 36,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 35,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 30,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 34,88 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti