Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda mobil rabitə operatorları üç ayda 223 milyon manatdan çox vəsait qazanıb.
Trend-in məlumatına görə, 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 546,6 milyon manatlıq xidmət göstərib. Göstərilən xidmətin 71,7 faizi əhali tərəfindən istehlak olunub.
2019-cu ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 17,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 79,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 40,8 faizi və ya 223,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.