...

Yevlaxda avtomobil yolu yenidən qurulub (FOTO)

İqtisadiyyat Materials 23 Aprel 2020 10:45 (UTC +04:00)

Bakı. Trend:

Yevlax rayonunda 8 km uzunluğa malik avtomobil yolu yenidən qurulub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib.

Məlumata görə, Yevlax rayonu ərazisində Xaldan-Ərəş-Meyvəli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu yenidən qurulub.

Başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü km-dən götürən Yevlax rayonunun Xaldan-Ərəş-Meyvəli kəndlərarası avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlib, çiyinlər sıradan çıxıb.

8 km uzunluğa malik Xaldan-Ərəş-Meyvəli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilib. Belə ki, yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri istiqamətində addımlar atılıb.

Yol yatağı hazır olandan sonra qum-çınqıl qarışığından ibarət əsasın alt və üst layının tikintisi işləri də görülüb. Bunun üçün optimal qum-çınqıl qarışığından istifadə edilib. Ümumilikdə sözügedən torpaq işləri 80 min kv.m-dən çox ərazini əhatə edib. 32 min kv.m-ə yaxın sahədə çiyin hissələrin lazımi materialla bərkidilməsi də aparılıb.

Torpaq işlərinə paralel olaraq layihə çərçivəsində yeni suötürücü boruların inşası işləri də həyata keçirilib. Belə ki, borular istismara yararsız olduğundan yenisi ilə əvəz olunmasına ehtiyac var idi. Bu məqsədlə müxtəlif diametrli dəmir-beton borunun quraşdırılması, boru başlıqlarının dəmir-betonla inşası aparılıb.

Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq, iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilərək örtüyün alt və üst layı 12 sm qalınlıqda asfaltlanıb. Bu işlər 50 min kv.m-ə yaxın ərazini əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti