...

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat Materials 16 May 2020 11:22 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 30,19 dollar/barel olub
Azərbaycan nefti bahalaşdı

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 32,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,26 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 31,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,82 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 30,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,94 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 30,19 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,85 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti