...

“Apple” şirkəti Rusiya və Çinlə əməkdaşlıqda ittiham edilir

İqtisadiyyat Materials 19 May 2020 11:01 (UTC +04:00)
“Apple” şirkəti Rusiya və Çinlə əməkdaşlıqda ittiham edilir

Bakı. Trend:

ABŞ-ın Baş prokuroru Uilyam Barr “Apple” şirkətini Rusiya və Çinlə əməkdaşlıqda ittiham edib.

Trend-in məlumatına görə, şirkət U.Barr tərəfindən həmin ölkələrə öz vətəndaşlarının izlənməsini təşkil etməkdə təqsirləndirilib.

U.Barrın sözlərinə görə, hər iki ölkə “Apple”ın köməyi ilə vətəndaşların hərəkətlərini genişmiqyaslı şəkildə izləyir.

Bundan başqa, baş prokuror ABŞ texnologiya nəhəngini senzuraya yardım etməkdə ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti