...

Delta Group C.O. şirkəti aztəminatlı ailələrə yardım edib (FOTO)

İqtisadiyyat Materials 2 İyun 2020 11:30 (UTC +04:00)
Delta Group C.O. şirkəti tərəfindən Ramazan bayramı ərəfəsində Bakı və bölgələrimizdə məskunlaşan aztəminatlı ailələrə yardım edilib.
Delta Group C.O. şirkəti aztəminatlı ailələrə yardım edib (FOTO)

Bakı. Trend:

Delta Group C.O. şirkəti tərəfindən Ramazan bayramı ərəfəsində Bakı və bölgələrimizdə məskunlaşan aztəminatlı ailələrə yardım edilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Delta Group C.O. şirkətinin təşkilatçılığı ilə Ramazan bayramı ərəfəsində yardıma ehtiyacı olan aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb. Bayram sovqatı paytaxtla yanaşı, Sumqayıt, Şəki, Gəncə, Bərdə, Göyçay, Şirvan, Lənkəran və digər bölgələrimizdə öz sahiblərinə çatdı. Milli-mənəvi dəyərlərimizin qorunması, birlik, həmrəylik naminə xalqımıza daim xidmət etməkdən məmnunluq hissi duyuruq!

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət 1999 – cu ildə təsis edilmişdir. “Delta Qrup C.O.” MMC – də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 1150 nəfər işçi qüvvəsi çalışır. İki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribusiya (dağıtım).

Xəbər lenti

Xəbər lenti