...

Sərt karantin dövründə "Azərbaycan Dəmir Yolları" 4 mindən çox sərnişin itirdi

İqtisadiyyat Materials 12 İyun 2020 09:17 (UTC +04:00)
Sərt karantin dövründə "Azərbaycan Dəmir Yolları" 4 mindən çox sərnişin itirdi

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sərt karantin rejimi dövründə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 4 min 480 sərnişin itirib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq QSC-dən bildiriblər. Qeyd olunub ki, bu rəqəmlər ötən həftə ilə müqayisədə hesablanıb:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanın iri rayon və şəhərlərində 6 və 7 iyun tarixlərində sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı qərarına əsasən, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayıb. Bu isə o deməkdir ki, həmin günlər bu istiqamətdə sərnişin daşınmayıb. Məlumat üçün bildirək ki, Abşeron Dairəvi dəmir yolu xətti üzrə sərt karantin rejiminin tətbiq edilmədiyi şənbə - bazar günlərində, yəni mayın 30-da 1584, mayın 31-də isə 2896 sərnişin daşınıb".

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyəti təhlil edərək xüsusi karantin rejiminin iyunun 15-dən iyulun 1-i saat 00:00-dək uzadılmasına qərar verib. Operativ Qərargahın ölkədə karantin qaydalarının sərtləşdirilməsi barədə bu dəfəki qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində yalnız fəaliyyətinə icazə verilən şəxslərin gediş-gəlişinə və ya yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün evdən çıxmağa icazə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti