...

“Düzgün mühasibat rahatlığın təminatıdır” şuarı ilə videoçarx hazırlanıb

İqtisadiyyat Materials 11 İyun 2020 21:45 (UTC +04:00)
“Düzgün mühasibat rahatlığın təminatıdır” şuarı ilə videoçarx hazırlanıb

Bakı. Trend:

Bakı Hesabat Mərkəzi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi və mks.az saytı maarifləndirici videoçarx hazırlayıb.

“Düzgün mühasibat rahatlığın təminatıdır” şuarı ilə hazırlanmış videoçarxın məqsədi ölkədə “kölgə iqtisadiyyatı”nın şəffaflaşdırılması ilə bağlı aparılan tədbirlərə dəstək verməkdir.

Trend-in məlumatına görə, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev bildirir ki, artıq bir ilə yaxındır ki, Dövlət Vergi Xidməti iqtisadiyyatda döviyyələrin şəffaflaşdırılması istiqamətində geniş tədbirlər görür - qanunvericilik təkmilləşdirilir, inzibatçılıq müasirləşir, yanaşmalar dəyişir. Bir müddət əvvəl isə “ƏDV geri al” layihəsinə də start verilib. Ticarət, xidmət, iaşə obyektlərində alınan mallara, göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin istehlakçılara qaytarılmasının həm nağdsız ödənişlərin stimullaşdırılmasına, həm dövriyyələrin kassaya vurulmaqla vergidən yayındırılmasının qarşısının alınmasına xidmət edir və nəticə etibarilə şəffaflaşma, ağartma prosesinə müsbət təsir edir.

Bu maarifləndirici videoçarxı hazırlamaqla Bakı Hesabat Mərkəzi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, mks.az saytı dövlətin bu istiqamətdə atdığı addımlara töhfə vermək, əhalinin maarifləndirilməsinə və Dövlət Vergi Xidmətinin apardığı “Birlikdə kölgədən işıqlığa doğru” kampaniyasına ictimai dəstək vermək istəyiblər. M.Babayev şəffaflaşma prosesinin davamlı olacağına, belə maarifləndirmənin sahibkarlara və cəmiyyətə faydalı olacağına əminliyini ifadə edib.

“Düzgün mühasibat rahatlığın təminatıdır” şuarı ilə hazırlanmış videoçarx:
https://www.youtube.com/watch?v=YOJQJ8onUEc&fbclid=IwAR22TjiiQfE8CHfSA2H6UrVTfn3mg3em_qw3btEChOlPCqFglT1QFHjim38

Məqalədə:
Xəbər lenti

Xəbər lenti