...

Dövlət Gömrük Komitəsinin "Telegram" kanalı fəaliyyətə başlayıb

İqtisadiyyat Materials 12 İyun 2020 12:50 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin "Telegram" kanalı fəaliyyətə başlayıb

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin rəsmi "Telegram" kanalı t.me/gomrukaz istifadəyə verilib.

Komitədən Trend-ə verilən məlumata görə, kanalda gömrük orqanlarının fəaliyyəti ilə bağı vacib xəbərlər, həyata keçirilən yeniliklər, tədbirlər, gömrük qanunvericiliyi və s. məlumatlar paylaşılacaq.

"Telegram" tətbiqini smart cihazlara yükləməklə @gomrukaz kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin "Facebook", "Twitter", "İnstagram", "Youtube" və "LinkedIn" sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti