...

Pandemiya dövründə bu sahədə gəlirlər artıb

İqtisadiyyat Materials 22 İyul 2020 19:52 (UTC +04:00)
Pandemiya dövründə bu sahədə gəlirlər artıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 4,4 faiz artaraq 1 milyard 042,8 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, xidmətlərin 72,0 faizi əhali tərəfindən istehlak olunub. Bu sahədə əldə edilmiş gəlirin 80,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42,0 faizi və ya 438,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti