...

“ADY Express” dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığı genişləndirir

İqtisadiyyat Materials 10 Sentyabr 2020 10:36 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olaraq “ADY Express” MMC dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığı genişləndirməyə davam edir.

MMC-dən Trend-ə verilən məlumata görə, hazırda şirkət dünyanın aparıcı gübrə istehsalçısı olan “EuroChem” şirkəti ilə işbirliyi quraraq, həmin şirkətin məhsullarını nəql edir.

Şirkətə məxsus gübrə Azərbaycana idxal rejimdə və ölkəmizin ərazisindən keçməklə tranzit rejimində daşınır. 2 gün öncə “EuroChem” şirkətinin istehsalı olan 7 vaqondan ibarət olan gübrənin növbəti partiyası Azərbaycana çatdırılıb. Həmin vaqonlar Zaqatalaya nəql edilib. Yüklər “EuroChem”ə məxsus zavoddan 7 günə ölkəmizə çatdırılıb.

Ümumiyyətlə isə ilin əvvəlindən “EuroChem”-ə məxsus 14 min tona yaxın yükü 200 vaqonla daşınıb ki, onun da bir qismi Azərbaycan ərazisindən keçməklə tranzit olaraq nəql edilib. ADY Express Azərbaycan üzərindən keçməklə, “EuroChem”ə məxsus daha çox yüklərin nəql edilməsinə dair şirkətlə danışıqlar aparır. Yaxın zamanlarda daha böyük həcmlərdə həmin yüklərin daşınması planlaşdırılır.

Qeyd edək ki, EuroChem Group AG şirkətinin mənzil qərargahı İsveçrədə olmaqla, əsas aktivləri Rusiya, Qazaxıstan, Belçika və Litvada yerləşdirilib. Şirkət Rusiyanın ən iri gübrə istehsalçısı və ixracatçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti