...

Azərbaycanda payızlıq əkin şumlanmasına başlandı

İqtisadiyyat Materials 2 Oktyabr 2020 17:26 (UTC +04:00)
Azərbaycanda payızlıq əkin şumlanmasına başlandı

Bakı. Samir Əli - Trend:

Azərbaycanda payızlıq əkin sahələrinin şumlanması həyata keçirilir.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, 61 rayon üzrə ümumilikdə 565 min 577 hektar sahədə şumlanma həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 min 715 hektar çoxdur. Belə ki, 2019-cu ildə 557 min 862 hektar sahədə şum aparılıb. Bu il ümumilikdə 1 118 346 hektar sahədə şum aparılması proqnozlaşdırılır. Bu il şumlanan əkin sahələri respublikada mövcud olan sahələrin 50,6 faizini təşkil edir.

Qeyd edək ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti hər zaman fermerlərimizin yanında olaraq, onların şum, əkin və biçin zamanı texnika ilə təmin olunmasında yaxından iştirak edir. Cari ildə həyata keçirilən şum prosesi zamanı fermerlərimiz 2127 şum traktoru ilə təmin olunub ki, bunun 351 ədədi rayon bölmələri tərəfindən cəlb olunan texnikalar təşkil edir. Şum prosesində əlavə olaraq, 27 ədəd mala, 35 ədəd toxumsəpən və 288 ədəd kotan cəlb olunub. Texnikaların cəlb olunduğu sahələr daha çox Ağsu, İmişli, Oğuz, Şəki, Ağdaş, Samux, Sabirabad və Kürdəmir rayonları üzrə təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti