...

Azərbaycanda satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri məlum olub

İqtisadiyyat Materials 17 Dekabr 2020 19:46 (UTC +04:00)
Azərbaycanda satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri məlum olub

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 42,0 milyard manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,6 faiz azalıb.

Trend-in məlumatına görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,3 faiz azalaraq 40,5 milyard manata bərabər olub, onun 51,0 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 382,3 manat və ya 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 23,0 manat az vəsait xərcləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti