...

Azərbaycan əhalisi vəsaitlərini əsasən bu məhsulların alınmasına xərcləyib

İqtisadiyyat Materials 29 Dekabr 2020 16:30 (UTC +04:00)
Azərbaycan əhalisi vəsaitlərini əsasən bu məhsulların alınmasına xərcləyib

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Alıcılar eyni zamanda xərclədiyi vəsaitin 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edib.

Ümumilikdə 2020-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 046,3 milyon manatlıq, o cümlədən 18 milyard 851,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 milyard 194,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti