...

Azərbaycan iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdən biri olub

İqtisadiyyat Materials 6 Yanvar 2021 14:48 (UTC +04:00)
Azərbaycan iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdən biri olub

Bakı. Orxan Nəbiyev - Trend:

Azərbaycan 2021-ci il üçün iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdən biri olub.

Trend-in məlumatına görə, bu barədə “Gallup International” agentliyinin keçirdiyi rəy sorğusunda deyilir.

Sorğuya əsasən, dünya əhalisinin 25 faizini 2021-ci ildə iqtisadi çiçəklənmə gözləyir, 46 faizi isə problemlərə hazırlaşır.

Ölkələr sırasında iqtisadi ümidin ən yüksək indeksi Nigeriyada (58 faiz), Azərbaycan (47 faiz) və Vyetnamda (45 faiz) qeydə alınıb.

İqtisadi ümidsizlik baxımından liderlər sırasında Böyük Britaniya, Bolqarıstan və İtaliya yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti