...

Azərbaycanda pandemiya dövründə bu sahədə gəlirlər artıb

İqtisadiyyat Materials 15 Yanvar 2021 20:27 (UTC +04:00)
Azərbaycanda pandemiya dövründə bu sahədə gəlirlər artıb

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ildə Azərbaycanda informasiya və rabitə xidmətləri sahəsində göstərilən xidmətlərin dəyəri açıqlanıb.

Trend-in məlumatına görə, Azərbaycanda rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci il ərzində göstərilən xidmətin dəyəri 2 milyard 235,9 milyon manat təşkil edib.

2019-cu ilin eyni dövrü ilə müqayisədə bu sahədə göstərilən xidmətin dəyəri 0,6 faiz artıb. Xidmət həcminin artmasına müvafiq olaraq bu sahədə gəlirlərin də həcmi artıb. Xidmətin böyük hissəsi əhali tərəfindən istehlak edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti