...

Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib

İqtisadiyyat Materials 21 Yanvar 2021 14:48 (UTC +04:00)
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1702337231) kreditorlarının nəzərinə!

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin 15 yanvar 2021-ci il tarixli 01-İHQ/21 nömrəli qərarı ilə Agentliyin “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir.

Bu səbəbdən, yenidən təşkil ilə əlaqədar “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin fəaliyyətinə xitam verilərək, onun hüquq və öhdəlikləri “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC-yə keçmişdir.

Odur ki, “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin kreditorları öz tələblərini 2 (iki) ay müddətində “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC-yə qarşı irəli sürə bilər.

Ünvan: AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24. Dalğa Plaza (9-cu mərtəbə).

Əlaqə telefonu: +99412 505 44 00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti