...

Azad olunmuş ərazilər Azərbaycanın ixrac potensialını xeyli artıracaq

İqtisadiyyat Materials 9 Fevral 2021 13:53 (UTC +04:00)
Azad olunmuş ərazilər Azərbaycanın ixrac potensialını xeyli artıracaq

Bakı. Elçin Mehdiyev - Trend:

İşğaldan azad olunmuş ərazilər Azərbaycanın ixrac potensialını xeyli artıracaq.

30 ilə yaxın idi ki, ölkəmizin ərazisinin 20%-i erməni işğalı altında idi. Bu da həmin ərazilərimizin iqtisadi potensialından istifadə etmək imkanlarımızı məhdudlaşdırmışdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, 44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbəmiz və 10 noyabrda imzalanmış üçtərəfli bəyanat torpaqlarımızın erməni işğalına son qoydu, bu ərazilərdən səmərəli istifadə edilməsi üçün yeni reallıq formalaşdırdı:

“Ərazilərimizin işğaldan azad olunması ölkəmizin iqtisadiyatının inkişaf etdirilməsində yeni imkanlar açır. Bu ərazilər yeraltı və yerüstü təbii resurslarla zəngindir. Biz bilirik ki, Qarabağ torpaqları su resursları ilə zəngindir və aqrar sahənin inkişaf etdirilməsi üçün yararlıdır. İlk növbədə qeyd etmək istəyirəm ki, bu torpaqlarda bağçılığı, baramaçılığı, şərabçılığı inkişaf etdirməklə Qarabağ brendi adı altında bu məhsullarını ixrac etmək imkanınımız yaranacaqdır. Çünki, ölkəmiz hazırda əsasən kənd təsəsrrüfatı məhsulları ilə özünü təmin edir və ixrac olunur. Bu ərazilədə yeyinti və emal sənayesini inkişaf etdirmək imkanları genişdir. Azad olunmuş ərazilərimizdə istehsal olunacaq kənd təsərrüfatı məhsulları ixrac yönümlü olacaq və ixrac potensialımızın artmasında əıhəmiyyətlli yer tutacaqdır”.

Deputat vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimiz mineral-müalicəvi sularla zəngindir: “Azərbaycanın mineral su ehtiytlarının 39,6% bu ərazilərə düşür. Sovet vaxtında Dağlıq Qarabağın mineral suları şüşəəyə qablaşdırılaraq ittifaqı respublikalarına ixrac olunurdu. İndi bu təbii mineral su istehsalı imkanları yenidən özümüzə qayıtmışdır. Düşünrəm ki, biz burada yeni istehsal sahələri qurmaqla dünyaya yüksək keyfiyyətli, müalicəvi mineral sularını ixrac edə bilərik. Həm də işğaldan azad olunmuş ərazilərin keyfiyyətli müalicəvi su ehtiyatlarına malik olması bu ərazilədə sanatoriya komplekslərini yaratmaqla turizmi sənayesini inkişaf etdirməklə turizm məhsulununn ixracını artıra bilərik”.

Deputat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimiz yaşıl enerjinin istehsalının artırılmasına yeni imkanlar açır: “Bu ərazilərdə çoxlu hidroelektrik stansiyaları inşa etməklə elektrik enrjisi ilə bu əraziləri təmin edəcəyik, həm də ixracımızı artırmaq imkanına malik olacayıq. Düşünürəm ki, Ermənistan özünü yaxşı apararsa elektriki hətta bu ölkəyə də ixrac edə biləcəyik.

İşğaldan azad olunmuş ərazilər həm də faydalı qazıntıları ilə zəngindir. Bu ərazilərdə kəşf olunmuş 155 növ müxtəlif faydalı qazıntı yataqları yerləşir. Bu yataqlardan səmərəli istifadə olunması əlvan metallarınmızın ixracını kifayət qədər artıracaqdır. Həm də tikinti materialları, müxtəlif kimyəvi elementlərin istehsalı sənayesi bu ərazilərdə formalaşdırmaqla yeni çeşidli sənaye məhsulları istehsal edilərək ixrac imkanlarımız yaranıb.

İşğaldan azad olunmuş ərazilər tranzit yol dəhlizlərinin genişləndirilməsinə yeni imkanlar açır. İmzalanmış üçtərəfli bəyanata əsasən Azərbaycanla Naxçıvan arasında quru nəqliyyat dəhlizi yaranacaq ki, bu da ölkəmizin beynəlxalq tranzit-logistika imkanlarını genişləndirəcək.

Qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilər ümumi ərazilərimizin 20%-nə qədəri olduğu halda bu ərazilərin iqtisadi potensialı respublika iqtisadiyyatının qeri-neft potensialında 20%-dən çox yer alacaq və ixrac potensialımızın artmasına gətirib çıxaracaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti